Yazını böyüt
Yazını kiçilt
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını bildirib.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, Papa İsraillə HƏMAS arasında artan gərginlik fonunda Qəzzada humanitar vəziyyətin davamlığının təmin olunması, münaqişənin genişlənməməsinin və silahların susdurulması ilə bağlı çağırış edib:
“Qoy sevgi nifrətə qalib gəlsin və düşmənçiliklər bağışlanmaqla tərksilah olunsun”.
Papa Ukrayna, Myanma, Sudan, Pakistan və Əfqanıstan kimi münaqişə bölgələri ilə bağlı da narahatlığını ifadə edib. İnsanları müharibədən əzab çəkən xalqlar üçün dua etməyə səsləyib.